Dünya
Pakistan Əfqanıstana demarş elan etdi
Əfqanıstanın İslamabaddakı müvəqqəti işlər vəkili bu gün Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Pakistanın XİN məlumat yayıb.
Məlumata görə, Xayber-Paxtunxva əyalətində polis postuna terrorçuların hücumu ilə əlaqədar ona demarş elan edilib.
"Hadisənin təfərrüatlı araşdırılması, eləcə də toplanmış sübutlar və texniki kəşfiyyat məlumatları hücumun Əfqanıstanda yaşayan terrorçular tərəfindən planlaşdırıldığını göstərir", - XİN-in bəyanatında bildirilib.
Kabilin nümayəndəsinə İslamabadın Əfqanıstan ərazisindən Pakistana qarşı terror hücumları üçün istifadənin davam etməsindən ciddi narahatlığı ifadə olunub. Əfqanıstan tərəfinin diqqətinə çatdırılıb ki, İslamabad bu "vəhşilik aktının" səbəbkarlarının hərəkətlərinə qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır.
"Terrorizmlə mübarizə ümumi işdir və Əfqanıstanın "Taliban"ı öz ərazilərinin digər ölkələrə qarşı terror aktları üçün istifadə olunmasına yol verməmək öhdəliyini yerinə yetirməlidirlər", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, "Fitnə-əl-Xəvaric" qruplaşmasının yaraqlıları 9 may 2026-cı il tarixində Xayber-Paxtunxva əyalətinin Bannu rayonundakı Fateh-Xel polis postunu partladıblar. Hücum nəticəsində 15 polis əməkdaşı həlak olub, biri dinc sakin olmaqla, 4 nəfər yaralanıb.
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi

















.jpg)















.jpg)



