Yunanıstandan Hörmüz açıqlaması: Hazırıq
Bizi izləyin

Dünya

Yunanıstandan Hörmüz açıqlaması: Hazırıq

Yunanıstandan Hörmüz açıqlaması: Hazırıq

Yunanıstan Hörmüz boğazında naviqasiya azadlığını təmin etməyə yönəlmiş təşəbbüslərdə iştirak etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis açıqlama yayıb.

O, bölgədəki müharibələrə diqqət çəkərək, Aralıq dənizinin sülh dənizi olmalı olduğunu bildirib.

Qerapetritis həmçinin, Hörmüz boğazındakı vəziyyətə toxunub: "Yunanıstanın əlverişli şərait yarandıqda Hörmüz boğazında naviqasiya azadlığını təmin etməyə yönəlmiş təşəbbüslərdə iştirak etmək istəyi var”.

Yunanıstanın Balkanlarda ən qədim Avropa İttifaqı (Aİ) üzvü olduğuna diqqət çəkən Qerapetritis, ölkəsinin Balkan ölkələrinin Aİ-yə qəbul prosesinə dəstəyini də qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm