Cənubi Qafqaz
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
“300 mindən çox azərbaycanlının Ermənistana (Qərbi Azərbaycan – red) qayıtmasına hazırlıq gedir”.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.
Xaçikyan geri qayıdacaq azərbaycanlıların daha çox hansı ərazilərdə məskunlaşacağı ilə bağlı fikirlər irəli sürüb.
“İlkin olaraq, 300 min azərbaycanlının qayıdacağını düşünsək - onların sayının 1 milyona qədər artdığı da deyilir, bu, təxminən 300 kənd deməkdir. Çünki Ermənistanda orta hesabla bir kəndin əhalisi 1000 nəfərdir. Gəlin bu rəqəmin üçdə bir hissəsini – 100 kəndi götürək. Azərbaycanlılar hansı kəndlərdə məskunlaşacaq? Güman ki, onlar daha çox 1988-ci ildə Ermənistandan çıxmazdan əvvəl yaşadıqları ərazilərdə məskunlaşdırılacaqlar. 1988-ci ildən əvvəl azərbaycanlıların yaşadıqları kəndlər məlumdur. Onlar xüsusilə Sevan gölünün (Göyçə) şərqində və Sünik-Kapan (Zəngəzur-Qafan) bölgəsində kompakt yaşayırdılar. Ehtimal ki, geri qayıdacaq azəbaycanlılar əsasən bu bölgələrdə yerləşəcək”, - o bildirib.
Erməni politoloq iddia edir ki, Göyçə gölünün şərq hissəsi və Qafan bölgəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.
“Sevan (Göyçə) gölünün şərq hissəsi strateji əhəmiyyət daşıyır. Qafan bölgəsi də Naxçəvanın Azərbaycana quru ərazi ilə birləşdirilməsində rol oynaya bilər. Bu necə ola bilər? Azərbaycanlılar bu bölgələrdə məskunlaşdıqdan sonra həmin ərazilərin bolşeviklər tərəfindən ermənilərə verildiyi məsələnini qaldıracaqlar, daha sonra tarixi ədalətsizlik adılandırdıqları bu məsələni həll edəcəklər”, - erməni politoloq iddia edib.
Asif
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)





.jpg)













