Ankara “yaşıl işıq” yandırdı: BMT Kiprdə yeni yol xəritəsi hazırlayır
Bizi izləyin

Dünya

Ankara “yaşıl işıq” yandırdı: BMT Kiprdə yeni yol xəritəsi hazırlayır

Ankara “yaşıl işıq” yandırdı: BMT Kiprdə yeni yol xəritəsi hazırlayır

BMT Kipr problemi ilə bağlı yeni yol xəritəsi hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulidis açıqlama yayıb.

Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə qarşıdakı aylarda danışıqlar intensivləşəcək və hərtərəfli həll planı müzakirəyə çıxarıla bilər.

Rum lider iddia edib ki, mart ayında Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş prosesdə həlledici rol oynayıb və Ankara danışıqlara “yaşıl işıq” yandırıb.

Xristodulidis əlavə edib ki, yay aylarında qarant ölkələrin iştirakı ilə yeni zirvə görüşünün keçirilməsi planlaşdırılır.

O, həmçinin Şərqi Aralıq dənizində aşkarlanan təbii qaz ehtiyatlarının Misir üzərindən Avropa İttifaqına ixrac olunacağını açıqlayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm