Sosial
Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır - VİDEO
"Redaktor" Azərbaycan ədəbi dilinin normalarını izah edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında dil milli kimliyin formalaşmasında və qorunmasında həlledici rol oynayan fundamental amil kimi səciyyələndirilir. Konsepsiyada həmçinin media sahəsində dil mədəniyyətinin qorunması, normativ dil qaydalarına əməl olunması və milli leksik fondun zənginləşdirilməsi də xüsusi vurğulanır.
Publika.az xəbər verir ki, bütün bu qeyd olunanlar nəzərə alınaraq Mədəniyyət Nazirliyi ilə “Real TV”-nin birgə əməkdaşlığı ilə müasir Azərbaycan ədəbi dilinin saflığının qorunması, cəmiyyətdə bununla bağlı məlumatlılığın artırılması məqsədilə “Redaktor” adlı televiziya layihəsi həyata keçiriləcək.
Layihə üzrə konkret nümunələr əsasında Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasına dair məlumat veriləcək. Bununla yanaşı, indiyədək yalnış bildiyimiz sözlərin də düzgünlüyünə toxunulacaq.
Bir neçə dəqiqəlik çarxlarla Azərbaycan dili ilə bağlı maraqlı məlumat əldə edə, danışıq dilinizi zənginləşdirə, yazılış qaydaları ilə bağlı biliklərinizi daha da artıra bilərsiniz.(Bakivaxti.az)
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi























.jpg)




.webp)









