Çirkli hava insanda bu problemlərə səbəb olur
Bizi izləyin

Dünya

Çirkli hava insanda bu problemlərə səbəb olur

Çirkli hava insanda bu problemlərə səbəb olur

Hava çirkliliyi yaddaşa və düşünmə sürətinə mənfi təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-ın McMaster Universitetində tədqiqat aparılıb.

Araşdırma çərçivəsində alimlər orta yaşlı təxminən 7 min insanın məlumatlarını təhlil edərək onların koqnitiv göstəricilərini yaşadıqları ərazilərdəki hava çirkliliyi səviyyəsi ilə müqayisə ediblər.

Tədqiqatçılar xüsusilə PM2.5 adlı xırda hissəciklərə və azot dioksidinə diqqət yetiriblər ki, bu maddələr avtomobil qazları, sənaye müəssisələrinin fəaliyyəti və meşə yanğınları nəticəsində yaranır.

Məlum olub ki, daha çox çirklənmiş ərazilərdə yaşayan insanlar yaddaş, məlumatı anlama və düşünmə sürəti testlərində daha zəif nəticə göstəriblər.

Bundan əlavə, onların MRT müayinəsində beyində kiçik dəyişikliklər daha tez-tez rast gəlinib. Bu əlaqə xüsusilə qadınlarda daha aydın şəkildə müşahidə olunub.

Araşdırmanın nəticələri “Stroke” jurnalında dərc olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm