Kuba qarışdı: Paytaxtı kütləvi etirazlar bürüdü
Bizi izləyin

Dünya

Kuba qarışdı: Paytaxtı kütləvi etirazlar bürüdü

Kuba qarışdı: Paytaxtı kütləvi etirazlar bürüdü

Kubanın paytaxtı Havanada yanacaq və enerji böhranına görə kütləvi etirazlar başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, etirazçılar yolları yandırılmış zibil qutuları ilə bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər. Aksiyalar zamanı “İşıqları yandırın!” şüarı səsləndirilib.

Məlumata görə, ABŞ-ın neft və yanacaq tədarükünə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ölkədə ciddi enerji çatışmazlığı yaranıb. Hazırda Havanada elektrik kəsintiləri sutkada 20-22 saata çatır.

Kuba Energetika Nazirliyi isə adadakı yanacaq ehtiyatlarının tam tükəndiyini açıqlayıb. Rəsmilər böhrandan çıxış üçün xarici yardımın vacib olduğunu bildiriblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm