Dünya
Bu ölkədə əl sıxmaq qadağan edildi
Uqandanın Səhiyyə Nazirliyi epidemioloji baxımdan təhlükəli hesab edilən əl ilə salamlaşma və digər təmas üsullarına müvəqqəti qadağa qoyub.
Publika.az xəbər verir ki, bu barədə “Nile Post” nəşri məlumat yayıb.
Xatırladaq ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası (KDR) və Uqandada Ebola virusunun yayılmasını fövqəladə vəziyyət kimi qiymətləndirib.
ABŞ Prezidenti Donald Tramp Afrikadakı Ebola epidemiyası ilə bağlı ciddi narahatlığını ifadə edərək, virusun qitənin hüdudlarından kənara çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Konqo Demokratik Respublikasının rəsmi nümayəndəsi Patrik Muyayya bu gün səhər saatlarında ölkədə 435 şübhəli Ebola halının qeydə alındığını açıqlayıb. O, vətəndaşları profilaktika tədbirlərinə ciddi riayət etməyə və sakitliyi qorumağa çağırıb. Uqandada isə indiyədək 2 yoluxma faktı təsdiqlənib.
İlkin məlumatlara görə, hazırkı Ebola epidemiyası nəticəsində dünyasını dəyişənlərin sayı 131-ə çatıb.
Hüseyn İbadlı
-
Magazin121:36Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
MDB21:24Rusiya XİN-dən NATO-ya xəbərdarlıq - “Qaynar başlar” soyudulacaq
-
MDB20:24Putin Pekində görün hansı avtomobildən istifadə edir... - FOTO
-
İdman20:12Dünya birincisi məşhur jurnalın üz qabığını bəzədi - FOTO
-
Nida Xəbər 19:50Şamaxıda günəş belə qürub edir... - FOTO
-
Elm və təhsil17:35Günəşdə güclü aktivlik: Eyni anda 3 üç güclü partlayış qeydə alındı
-
Rəsmi xronika15:59İlham Əliyev Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı
-
Dünya15:21Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?



























.jpg)



