ÜST-dən xəbərdarlıq - Ebola sürətlə yayılır
Bizi izləyin

Dünya

ÜST-dən xəbərdarlıq - Ebola sürətlə yayılır

ÜST-dən xəbərdarlıq - Ebola sürətlə yayılır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Demokratik Konqo Respublikasında sürətlə yayılan Ebola epidemiyası ilə bağlı təcili xəbərdarlıq yayıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, ölkədə artıq 500-dən çox şübhəli yoluxma və təxminən 130 ölüm qeydə alınıb.

Qebreyesus vəziyyətin ciddi olduğunu vurğulayaraq epidemiyanı “beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət” elan edib.

Məlumatda həmçinin şəhər ərazilərinə yayılmanın risk yaratdığı, səhiyyə sistemində yoluxma təhlükəsinin artdığı və bölgədəki silahlı münaqişələr səbəbindən vəziyyətin daha da ağırlaşdığı qeyd olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm