Art
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - Səbəb
Güney azərbaycanlı yazıçı, Azərbaycan Respublikasında da yaxşı tanınan Əli Çağla Bakı Beynəlxalq Hava Limanından ölkəyə buraxılmayıb və İrana deport olunub.
Publika.az xəbər verir ki, bu barədə Əli Çağla özü məlumat yayıb.
O bildirib ki, bu gün Tehrandan saat 11:00 reysi ilə Bakıya uçub. Yalnız Bakıya enəndə yadına düşüb ki, yeni qaydalara əsasən, aeroportda viza almaq proseduru ləğv edilib:
“İndi vizalar elektron şəkildə 3-5 gün öncədən alınır. Bakıya - Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdığımda Sərhəd Xidmətinin əməkdaşları vizanın olmadığını bildirib, məni deportasiya sənədi ilə Tehrana geri qaytardılar”.
Əli Çağla qeyd edib ki, Bakıya VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvət olunub və festivala görə də Bakıya gəlirmiş.
Qeyd edək ki, Bakıda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 22-26 may tarixlərində keçiriləcək. (Axar.az)
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü














.jpg)
.jpg)





.jpg)















