İqtisadi gündəm
Rubl rekord həddə bahalaşdı: Ekspertlər xəbərdarlıq etdi
Rusiya rublu son üç ilin ən yüksək səviyyəsinə yüksəlsə də, ekspertlər yay aylarından etibarən vəziyyətin dəyişə biləcəyini bildirirlər.
Publika.az “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, analitiklərin fikrincə, rublun hazırkı möhkəmlənməsi Yaxın Şərqdəki müharibə fonunda baş verir.
Mütəxəssislər qeyd edirlər ki, rubla dəstək verən əsas amillərdən biri yüksək faiz dərəcəsidir. Bu, investorların rubl aktivlərinə marağını artırır. Eyni zamanda idxalın azalması da milli valyutanın möhkəmlənməsinə təsir göstərir.
Rusiya Mərkəzi Bankının mayın 18-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 73,13 rubl (təxminən 1 manat 71 qəpik) təşkil edib. Bu göstərici 2023-cü ilin fevralından bəri ən aşağı səviyyə sayılır.
Mart ayının ortalarınadək dollar/rubl məzənnəsi 75,7-79 rubl diapazonunda dəyişib. Daha sonra qısa müddət ərzində dollar 84,8 rubla qədər yüksəlib.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina həmin zəifləməni yanvar ayında neft qiymətlərinin aşağı düşməsi və büdcə qaydasının müvəqqəti dayandırılması ilə izah edib.
Apreldə isə rubl yenidən möhkəmlənməyə başlayıb. İlin əvvəlindən bəri dollar rubl qarşısında 6,52 faiz ucuzlaşıb.
Bununla belə, analitiklər yaxın aylarda rublun yenidən zəifləyə biləcəyini istisna etmirlər. Onların proqnozuna görə, ikinci rübün sonuna qədər məzənnə hazırkı səviyyədə qala bilər, lakin yay aylarında 1 dolların 80 rubla yüksələcəyi gözlənilir.
Müəllif: Adəm
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?







.jpg)
























.jpg)




