Dünya
Kim Conq Un Rusiyanın təklifini qəbul etdi
Şimali Koreya lideri Kim Conq Un 2011-ci ildə atasının vəfatından sonra hakimiyyətə keçdiyi müddətdə ilk xarici səfərini Rusiyaya edəcək.
Publika.az-ın məlumatına görə, Cənubi Koreyanın Yonhap xəbər agentliyi Kimin may ayında Sovet İtifaqının İkinci Dünya müharibəsində Almaniya üzərində qələbəsinin 70-ci ildöünümü münasibətilə təntənələrə dəvəti qəbul etdiyini təsdiqləyib.
Yonhap Rusiya hökumətinə istinadən edərək, 20 dövlət başçısının təntənələrə qatılacağını təsdiq etdiyi və Şimali Koreya liderinin onların arasında olduğu haqda məlumat verib.
Bu, Kimin hakimiyyətə gəldikdən sonra ilk xarici səfəri olacaq. Lakin Pxenyan təntənələrə Şimali Koreyanın formal dövlət başçısı Kim Yonq Namı göndərə bilərdi.
Çin Kim Conq Ununun xarici səfəri üçün ilk ölkə ola bilərdi, lakin onun hakimiyyətə keçməsindən sonra Şimali Koreyanın ən güclü müttəfiqi ilə münasibətlərdə gərginlik müşahidə edilir.
Çin və Rusiya BMT-nin Şimali Koreyanın nüvə silahı inkişaf etdirmək səylərinə görə cəzalandırılmasını nəzərdə tutan razılaşmalarına imza atıb. Lakin Çin məsələdə daha sərt mövqe tutub.
BMT və Çin tərəfindən hazırlanmış sanksiyalar 2013-cü ildə mart ayında Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi