Dünya
ABŞ "Qiyamət günü" üçün hərəkətə keçdi
ABŞ Hərbi Hava Qüvvələri mümkün nüvə müharibəsi zamanı istifadə edilən E-4B "Qiyamət günü" təyyarələrinin modernləşdirilməsini təsdiqləyib.
Publika.az xəbər verir ki, modernizasiya çərçivəsində təyyarələrin təhlükəsiz rabitə sistemləri yenilənəcək və onların quru, dəniz və hava qüvvələri ilə fasiləsiz əlaqə saxlamaq imkanları gücləndiriləcək.
ABŞ mediasının məlumatına görə, layihəyə təxminən 984 milyon dollar ayrılıb.
“Boeing 747-200” platforması əsasında hazırlanan E-4B təyyarələri nüvə hücumu və digər fövqəladə hallarda ABŞ prezidenti, müdafiə naziri və yüksək rütbəli hərbi rəhbərlik üçün havadakı komanda mərkəzi kimi fəaliyyət göstərir.
ABŞ uzunmüddətli perspektivdə bu təyyarələri yeni nəsil hava komanda mərkəzləri ilə əvəz etməyi planlaşdırsa da, həmin platformalar istismara verilənədək E-4B donanması xidmətdə qalacaq.
Müəllif: Roza
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
































