Dünya
ABŞ yüksək hazırlıq vəziyyətində: Türkiyə planı bütün tarazlıqları dəyişdirəcək
ABŞ ilə Çin arasında, xüsusilə Hind-Sakit okean regionunda artan geosiyasi rəqabət Vaşinqtonu yeni sənaye tərəfdaşları axtarmağa vadar edir. Yunanıstan mətbuatı bu prosesdə Türkiyənin ABŞ üçün əsas namizədlərdən biri olduğunu yazıb.
Publika.az xəbər verir ki, “Page News” nəşrinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin ixtisaslı kadr çatışmazlığı, məhdud istehsal gücü, artan xərclər və hərbi gəmi layihələrindəki gecikmələr Vaşinqtonu yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə sövq edir.
Məqalədə bildirilir ki, Türkiyənin son illərdə xüsusilə dəniz platformaları sahəsində əldə etdiyi uğurlar və inkişaf etmiş gəmiqayırma sənayesi Ankaranı ABŞ üçün diqqətçəkən tərəfdaşa çevirib. MİLGEM proqramı, korvet, freqat, amfibiya hücum gəmiləri və pilotsuz dəniz sistemlərinin istehsalı Türkiyənin bu sahədəki imkanlarının əsas göstəriciləri kimi təqdim olunub.
İddialara görə, Ankara ilə Vaşinqton arasında mümkün əməkdaşlığın əsas istiqaməti türk gəmiqayırma zavodlarının metal hissələr, kritik komponentlər və alt sistemlərin istehsalında, eləcə də yardımçı gəmilər və müəyyən freqat sinifləri üzrə istehsal proseslərində iştirak etməsini nəzərdə tutur.
Yunanıstan mətbuatına görə, qısa müddətdə ABŞ təyyarədaşıyan gəmilərinin və esmineslərinin Türkiyədə inşa edilməsi real görünmür. Lakin hissə istehsalı, texniki dəstək və birgə istehsal layihələrində Türkiyənin rolunun artırılması ən real ssenari hesab olunur.
Məqalədə vurğulanıb ki, belə bir əməkdaşlıq ABŞ-Türkiyə müdafiə əlaqələrini yeni mərhələyə daşımaqla yanaşı, Türkiyənin NATO daxilində müdafiə və sənaye baxımından strateji əhəmiyyətini daha da artıracaq.
Müəllif: Roza
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək










.jpg)























.jpg)
.jpg)

.jpg)