İdman
Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
Argentina millisinin kapitanı Lionel Messinin Braziliya köklərinə sahib olduğu məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Globo” qəzeti italyan tarixçi Fiorentso Santininin araşdırmasına istinadən məlumat yayıb. Santininin araşdırması futbolçunun nəsil şəcərəsini üç ildən çox araşdırıb.
Araşdırmalara görə, Messinin ana tərəfdən ulu babalarından biri olan Federiko Kuççittini 27 yanvar 1904-cü ildə Braziliyanın Ribeyrao Preto şəhərində (San-Paulu ştatı) anadan olub. Onun valideynləri, italyan Ranyero Kuççittini və Roza Riçetsa, 1899-cu ildə “Vaşinqton” gəmisi ilə Braziliyaya gəlib və kənd yerlərində, San-Paulu ştatında məskunlaşıblar və orada fermalarda işləyiblər.
Tarixçi iddia edir ki, ailənin soyadı Braziliyada dəyişdirilib. Qeydiyyatdan keçdikdən sonra Arderiqo Kuccittiniyə Federiko adı verilib və Koccettini soyadı Kuççittini olaraq dəyişdirilib. Bu soyadı sonradan Messinin anası Celia Maria Kuççittini daşıyıb.
Federikonun doğulmasından bir il sonra ailə Argentinanın Rosario şəhərinə köçüb və futbolçunun babası Antonio Kuççittini və daha sonra Lionel Messi də orada dünyaya gəlib.
Santini bildirib ki, argentinalı futbolçu “Barselona”da yenicə iz buraxmağa başladığı dövrdə Messinin ailə mənşəyini araşdırmağa başlayıb. Tədqiqat 2019-cu ildən 2022-ci ilə qədər davam edib və nəticədə futbolçunun ana nəslini bərpa etməyə imkan verib. Tarixçinin sözlərinə görə, Messinin ailəsinin Braziliya ilə əlaqəsini müəyyən edən İtaliyada geniş yayılmayan qeyri-adi Kuççittini soyadı olub.
Qeyd olunur ki, Messinin qohumları hazırda Braziliyada yaşamırlar; bütün ailə 1905-ci ildə ölkəni tərk edərək Argentinaya köçüb.
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər


































