Cənubi Qafqaz
İran Ermənistana görün nə təklif etdi
Tehran Ermənistana təbii qaz tədarükünü artırmaq məqsədilə yeni kommersiya sxemi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi neft nazirinin ermənistanlı ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan ilə görüşünün yekunlarına əsasən məlumat yayıb.
Paknejad vurğulayıb ki, ölkələr arasında indiki enerji əməkdaşlığı qazın elektrik enerjisinə dəyişdirilməsi prinsipi ilə həyata keçirilir, lakin İran qaz ixracının həcminin artırılmasına yönəlmiş alternativ model irəli sürüb.
Nazirin sözlərinə görə, tərəflər birgə işçi qrupunun yaradılması və növbəti danışıqlar raunduna qədər qiymətləndirmə üçün konkret nəticələrin əldə olunması məqsədilə onun fəaliyyətinə qısa müddətdə başlanılması barədə razılığa gəliblər.
Görüşdə, həmçinin enerji sahəsində qarşılıqlı fəaliyyətin perspektivli istiqamətləri – ikitərəfli ticarətin genişləndirilməsi, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı güclərinin tikintisi və Ermənistana neft məhsullarının tədarükü müzakirə olunub.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































