Dünya
Türkiyəyə gələndə başqa, gedəndə tam başqa: Tramp fikrini niyə dəyişdi?
ABŞ prezidenti Donald Trump Türkiyədə keçirilən NATO Zirvəsi çərçivəsində verdiyi F-35 qırıcıları ilə bağlı açıqlamalarla diqqət çəkib.
Publika.az xəbər verir ki, Tramp əvvəlcə Türkiyəyə qarşı Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə tətbiq edilən CAATSA sanksiyalarının ləğv olunacağını bildirib.
O, həmçinin ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının verilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini deyib. Tramp daha sonra Türkiyə Silahlı Qüvvələrini tərifləyərək, "Yaxın zamanda F-35-ləri də alacaqlar", - ifadəsini işlədib.
Bu açıqlamalar Türkiyənin uzun illərdir yenidən qoşulmağa çalışdığı F-35 proqramı ilə bağlı müsbət siqnal kimi qiymətləndirilib. Xatırladılıb ki, Ankara proqram çərçivəsində daha əvvəl milyardlarla dollar ödəniş edib.
Lakin Tramp Türkiyədən ayrılmazdan əvvəl keçirdiyi mətbuat konfransında fərqli mövqe sərgiləyib. F-35-lərlə bağlı suala cavab verən ABŞ prezidenti "Bunu edib-etməyəcəyimiz barədə hələ tam qərar verməmişəm", - deyə bildirib.
Bu açıqlama Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı prosesin hələ yekunlaşmadığını göstərib.
Akqabay
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq










.jpg)




.jpg)



















