Nida Xəbər
Müdafiə Nazirliyi ilə RİNN arasında əməkdaşlıq məsələləri müzakirə olundu
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin görüşü keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə hər iki qurum arasında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində görülən işlər, həmçinin bu istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də peşəkar kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş dövlət siyasətinə, o cümlədən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Bildirilib ki, cari ilin iyun ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında da Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet vəzifələr geniş müzakirə olunub. Bu baxımdan, dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində institusional əməkdaşlığının gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə qeyd edilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin əməkdaşları üçün mütəmadi olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən peşəkar kurslar və təlimlərin təşkil edilir. Həyata keçirilən bu tədbirlərin hərbi qulluqçuların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində peşəkarlığının artırılmasına, müasir kibertəhdidlərə qarşı bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də dövlət qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.
-
ABŞ10:46Tramp Ankaradan Vaşinqtona niyə köhnə təyyarə ilə qayıdıb?
-
Region10:34Pezeşkian erməni dilində paylaşım etdi: Dürüst qonşusunuz - FOTO
-
Region10:22Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir
-
İdman09:13Xusanovun toy gecəsində nə baş verib? – Gecə saat 4-də…
-
Dünya08:10ABŞ İrana yeni zərbələr dalğasının başa çatdığını açıqladı - 90 hədəf vurulub
-
Ekologiya07:55Azərbaycanda ildırımvurma halları niyə çoxalıb? - Video
-
Dünya03:18Liderlər Türkiyədə bu yeməklərə valeh olublar - Tramp resept istəyib
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı






.jpg)

_(1).jpg)

_-_copy.jpg)


























