Sosial
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTO
“Azercell”in dəstəyi ilə həyata keçirilən təşəbbüs regionda qadınların innovasiya və sahibkarlıq bacarıqlarının inkişafına töhfə verib.
Quba və ətraf regionlarda yaşayan gənc qadınların innovasiya və sahibkarlıq sahəsində potensialının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və startap ekosistemində iştirakının təşviqinə yönəlmiş “StartHer Quba” layihəsi başa çatıb. Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “Azercell”in dəstəyi ilə həyata keçirilib.
Təşəbbüs çərçivəsində ilkin seçim mərhələsini uğurla keçən 20 qadın innovativ sahibkarlıq, biznes modelinin hazırlanması və ideyaların effektiv təqdimatı üzrə praktiki təlimlərdə iştirak edərək öz startap ideyalarını inkişaf etdirmək üçün zəruri bilik və bacarıqlar əldə edib. Təlim proqramını uğurla tamamlayan bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Proqramın yekununda iştirakçılar hazırladıqları ideyaları münsiflər heyətinə təqdim ediblər. Layihələr təhsil, səhiyyə, turizm, əmlak və kənd təsərrüfatı kimi müxtəlif istiqamətləri əhatə edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin qalibləri pul mükafatları ilə təltif olunub.
Qeyd edək ki, “StartHer Quba” layihəsi “Azercell”in qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılmasına yönəlmiş “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” sosial layihə müsabiqəsinin üç qalib layihəsindən biridir.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq






















.jpg)


.jpg)












