Trampla bağlı sual Melonini əsəbiləşdirdi: Bir stəkan suyu birnəfəsə içdi - VİDEO
Bizi izləyin

Dünya

Trampla bağlı sual Melonini əsəbiləşdirdi: Bir stəkan suyu birnəfəsə içdi - VİDEO

Trampla bağlı sual Melonini əsəbiləşdirdi: Bir stəkan suyu birnəfəsə içdi - VİDEO

NATO-nun 36-cı sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandıran İtaliyanın Baş naziri Corcia Meloninin ABŞ prezidenti Donald Trampla bağlı suala reaksiyası diqqət çəkib.

Publika.az xəbər verir ki, Meloni cavab verməzdən öncə tribunadakı bir stəkan suyu birnəfəsə içib.

O, daha sonra Trampın onun haqqında etdiyi “Uzaqlaşdırma qərarı lazımdır” paylaşımını xatırladıb.

“Etdiyim heç bir şeydən peşman deyiləm. Bu siyasi yanaşmanı Qərbin birliyinə olan inamımla seçmişəm. Bu, yalnız Tramp hakimiyyətə gəldikdən sonra deyil, bütün tərəfdaşlarıma münasibətdə izlədiyim ümumi strategiyadır", - deyə Baş nazir vurğulayıb.

Meloni həmçinin İtaliyanın İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyini bir daha təsdiqləyib və İran məsələsində hərbi həllin nəticə vermədiyini bildirərək diplomatiyaya çağırış edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm