Yaxın Şərq
Xameneinin cənazəsi Məşhədə gətirildi - Dəfnə 27 ölkədən nümayəndə gəlib
İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin cənazəsi iyulun 9-da Məşhəd şəhərinə gətirilib. Yaxın vaxtlarda dəfn mərasiminin keçiriləcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə məlumatı İranın "Mehr" agentliyi yayıb.
Cənazəni daşıyan təyyarə artıq şəhər hava limanına eniş edib. Bildirilib ki, cənazə İrana göndərilməzdən əvvəl İraqın Kərbəla şəhərində vida mərasimi təşkil olunub. Daha sonra tabut Nəcəf şəhərinə gətirilib və oradan dəfn olunmaq üçün İslam Respublikasına yola salınıb. Nəcəf Hava Limanının mətbuat xidmətinin yaydığı məlumata görə, cənazə təyyarəsi gecə saatlarında İraqı tərk edib.
İran Dövlət Televiziya və Radio Yayım Şirkətinin (IRIB) verdiyi son məlumata görə, Məşhəddə keçiriləcək dəfn mərasimində iştirak etmək üçün artıq 27 ölkədən 4700-ə yaxın xarici vətəndaş və rəsmi nümayəndə şəhərə gəlib.
Hazırda Məşhəddə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülür.
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































