Nida Xəbər
ABŞ səfirliyi Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik etdi
ABŞ-nin Azərbaycandakı səfirliyi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) və ölkənin bütün diplomatlarını təbrik edib.
Publika.az xəbər verir ki, səfirliyin rəsmi sosial media hesablarında yer alan təbrikdə Azərbaycanın diplomatik xidmətində çalışan şəxslərin peşəkarlığı, fədakarlığı və yüksək məsuliyyət hissi xüsusi vurğulanıb.
"Azərbaycanın diplomatik xidmətində çalışan bütün dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edirik. Səfirlik XİN ilə sıx əməkdaşlığımızı yüksək qiymətləndirir və beynəlxalq dialoqun inkişafına, ABŞ və dünyanın müxtəlif ölkələri ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdikləri mühüm töhfəyə görə Azərbaycan diplomatlarının fəaliyyətini böyük ehtiramla qeyd edirik".
Qurum həmçinin Azərbaycanın diplomatik xidmət orqanlarının bütün əməkdaşlarına uğurlar arzulayaraq, ABŞ ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də möhkəmlənəcəyinə əminliyini ifadə edib.
-
Hadisə18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ






.jpg)





























