Dənizdə növbəti faciə: 122 nəfər itkin düşdü, ölən var
Bizi izləyin

Dünya

Dənizdə növbəti faciə: 122 nəfər itkin düşdü, ölən var

Dənizdə növbəti faciə: 122 nəfər itkin düşdü, ölən var

Mavritaniyanın sahil mühafizə qüvvələri dənizdə batmaqda olan qayıqdan 37 qeyri-qanuni miqrantı xilas edib. Bir nəfərin isə cəsədi sudan çıxarılıb.

Publika.az yerli mediaya istinadla xəbər verir ki, qayıq Qambiyanın paytaxtı Bancul şəhərindən İspaniyanın Kanar adalarına tərəf üzürmüş.

Qeyd olunur ki, qayıqda 160 miqrant olub. Onlardan 122 nəfərin axtarışları hələ davam etdirilir. Xilas olanlardan 22-si Seneqal, 7-si Qambiya, 8-i Qvineya-Konakari vətəndaşlarıdır. Qayığın 25 gün açıq dənizdə qaldığı bildirilir.

Şahidlərin ifadələrinə görə, yaranmış texniki nasazlıq qayığın yanacağının tükənməsinə səbəb olub. Nəticədə 10 gün ərzində beynəlxalq suları üzərək Mavritaniyanın dəniz sahəsinə daxil olan qayıqda su və qida ehtiyatı da bitib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm