Everesti əlləri üzərində fəth edən Rüstəm Nəbiyev QƏZAYA DÜŞDÜ
Bizi izləyin

İdman

Everesti əlləri üzərində fəth edən Rüstəm Nəbiyev QƏZAYA DÜŞDÜ

Everesti əlləri üzərində fəth edən Rüstəm Nəbiyev QƏZAYA DÜŞDÜ

Rusiyalı idmançı və bloqer Rüstəm Nəbiyev Tula vilayətindən paytaxta gedərkən baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, o, hadisə barədə "Max" platformasındakı hesabında məlumat verib.

Nəbiyevin sözlərinə görə, toqquşma anında o, minik avtomobilinin arxa sərnişin oturacağında olub. Zərbə sol çiyin nahiyəsinə dəyib — hazırda qolunu hərəkət etdirə bilmir.

İdmançı bildirib ki, qəzanın günahkarı avtomobilin sürücüsü olub: o, məsafəni gözləməyib, tormozlamağa vaxt çatdırmayıb və öndə gedən, içində üç uşağın olduğu maşına çırpılıb.

O vurğulaylb ki, yol-nəqliyyat hadisəsinin iştirakçılarından heç biri ciddi xəsarət almayıb.

Xatırladaq ki, 2015-ci ildə hərbi xidmətdə olarkən Rüstəm Nəbiyev Omskda ordu kazarmasının çökməsi nəticəsində ağır xəsarət alıb. Hər iki ayağını itirən və uzun müddət xəstəxanada müalicə alan Rüstəm sonda təslim olmayaraq yaşamaq üçün özündə güc tapıb. Evə döndükdən sonra o, hələ ordudan əvvəl tanıdığı İndira ilə ailə qurub və hazırda cütlük üç övlad böyüdür. Nəbiyev milyonlarla izləyicisi olan şəxsi motivasiya bloqu yaradıb, idmanla, eləcə də alpinizmlə fəal məşğul olmağa başlayıb.

O, mayın 20-də Nepalda yerləşən və dünyanın ən yüksək nöqtəsi olan Everest zirvəsini fəth edib. O, tarixdə bu cür mürəkkəb marşrutu yalnız əlləri üzərində qət edən ilk şəxs kimi qeydə alınıb. Bu ağır yürüş düz bir həftə davam edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm