Dünya
Saakaşvili: “Putinin şəxsi hesablarını dondurmaq lazımdır”
“Putinin hərbi və siyasi hədəfləri aşkardır. O, Ukrayna ordusunu ağır məğlubiyyətə uğratmaq, könüllü batalyonları məyus edərək onları hakimiyyətə qarşı çevrilməyə məcbur etmək istəyir”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.
“Qərb bunun qarşısını almaq üçün nə edə bilər? Hillari Klinton və Con Makkeynin məsləhətlərini dinləyərək Ukraynaya silah yardımı edilməlidir. Klinton deyib ki, ukraynalılar bu köməyə layiqdirlər, çünki onlar öz azadlığını müdafiə edirlər. Ukrayna verilən silah və hərbi yardımla Rusiyanı gələcəyə hesablanan üstünlükdən məhrum etmək olar. Avropa dövlətlərindən heç biri Ukraynada vuruşmağa hazır deyil. Amma yüzlərlə, minlərlə amerikalı, polyak, belorus və hətta rusiyalı anlayır ki, Putinə qarşı çıxış etmək lazımdır. Onlar ukraynalılarla çiyin-çiyinə vuruşurlar. ABŞ və onların müttəfiqləri beynəlxalq könüllü ordusuna kömək etməlidir”, - Saakaşvili qeyd edib.
Sabiq prezidentin sözlərinə görə, Ukraynaya iqtisadi yardım da çox əhəmiyyətlidir: “Putin bilir ki, Rusiya iqtisadiyyatı iflasa doğru gedir. Amma ümid edir ki, bundan daha əvvəl Ukrayna dağılacaq. Nəhayət, Rusiya Federasiyasına qarşı sanksiyaların yumşaldılması haqqında istənilən xatırlatmalara son qoymaq lazımdır. Rusiyaya təzyiqi yalnız artırmaq lazımdır. Putinin şəxsi hesablarını dondurmaq olardı”.
Ömər Dağlı
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO