Dünya
Şok iddia: “Ən yaxın həftələrdə Kiyevə hücum olacaq”
“Ən yaxın həftələrdə Putinin Kiyevə hücumu istisna edilmir. Putin bütün Ukrayna ilə “məşğul olmağa” qərar verib”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, belə bir iddia ilə Rusiya prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi, İqtisadi Analiz İnstitutunun prezidenti Andrey İllarionov çıxış edib.
Sabiq məsləhətçinin sözlərinə görə, son bir neçə gündə döyüş əməliyyatlarının yeni mərhələyə keçə biləcəyi göstərən əlamətləri ortaya çıxıb: “Separatçılar danışıqlar prosesini pozub və 100 min nəfərin səfərbərliyə alınacağını bəyan edib. Buna görə də istisna edilmir ki, Kiyevə yürüş hazırlanır. Bu “böyük hücum” olacaq, yalnız Donbas hövzəsinə deyil, həm də Mərkəzi Ukraynaya. Eyni zamanda, Kiyev də daxil olmaqla ölkənin müxtəlif şəhərlərində təxribatlar istisna edilmir”.
“Hücum bir neçə gün sonra başlana bilər. Hücumun hədəfi Ukraynanın ləğvi və ya hakimiyyətinin zəiflədilməsidir. Bunun üçün ən müxtəlif vasitələrdən istifadə oluna bilər: döyüş əməliyyatların aktivləşməsindən terror aktlara və Kiyevin küçələrində kütləvi toqquşmalara qədər”, - İllarionov qeyd edir.
Onun sözlərinə görə, müharibəni dayandırılmasının yeganə yolu Ukraynanın qələbəsidir.
Andrey İllarionov bir müddət əvvəl də bildirib ki, Rusiya prezidenti Ukraynaya qarşı təcavüzü dayandırmayacaq: “Çünki Putin özünün “tarixi missiyası”na inanır”.
Ömər Dağlı
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

