Dünya
ABŞ-ın nəhəng hərbi gəmisində dəhşət: 7 əsgər öldü, bəziləri özünü dənizə atdı
ABŞ-ın Yaxın Şərqdə yerləşdirilən "USS Abraham Lincoln" aviadaşıyıcısında ciddi nizam-intizam və psixoloji böhran yaşandığı iddia olunur.
Publika.az xəbər verir ki, İranın "Tasnim" agentliyi gəmidə baş verən qarşıdurma zamanı 7 hərbçinin öldüyünü, bir neçəsinin isə yaralandığını yazıb.
İddialara görə, təxminən 5 min nəfərin xidmət etdiyi aviadaşıyıcı 250 gündür limana daxil olmayıb. Uzunmüddətli xidmət və ağır şərait səbəbindən heyət arasında narazılıq artıb, bəzi hərbçilərin isə özlərini dənizə ataraq intihara cəhd etdiyi bildirilir.
Məlumata əsasən, ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinin gəmidə şəxsi heyətlə görüşü zamanı gərginlik yaranıb. Daha sonra mübahisənin kütləvi davaya çevrildiyi və nəticədə ölənlərin olduğu iddia edilir.
ABŞ rəsmiləri 7 hərbçinin ölümü ilə bağlı məlumatı hələlik təsdiqləməyiblər. Bununla yanaşı, bir sıra senatorlar gəmidəki xidmət şəraiti, təhlükəsizlik və şəxsi heyətin psixoloji vəziyyəti ilə bağlı araşdırma aparılmasını tələb ediblər.
Akqabay
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
































