Dünya
Bu ölkə Rusiyaya qarşı yeni cəbhə açır: Regionda NATO hərəkətə keçir
İsveç Arktika regionunda NATO-nun hərbi mövcudluğunun gücləndirilməsini dəstəkləyir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Stokholm Arktikada NATO-nun iştirakının artırılmasını dəstəkləyir və bu ərazini Baltik dənizi ilə yanaşı, Rusiya ilə qarşıdurma zonası kimi nəzərdən keçirir. Diplomat qeyd edib ki, bu yanaşma İsveçin bu il qəbul etdiyi yenilənmiş Arktika strategiyasında da öz əksini tapıb.
Xatırladaq ki, may ayında Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və ABŞ Arktikada və Uzaq Şimalda hərbi mövcudluğun gücləndirilməsi barədə birgə bəyanat imzalayıb.
Belyayevin sözlərinə görə, Rusiya NATO-nun Arktikadakı fəallığını və regionda gərginliyin artırılmasını nəzərə alır. O bildirib ki, Moskva bu məsələdə yalnız öz maraqlarından çıxış edəcək və əsas prioritetlərdən biri Arktikada milli təhlükəsizliyin təmin edilməsidir.
Diplomat Qərbin Arktikanı münaqişə zonasına çevirməyə çalışdığını da iddia edib.
Akqabay
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”


































