Britaniyadan Rusiya ilə bağlı etiraf
Bizi izləyin

Dünya

Britaniyadan Rusiya ilə bağlı etiraf

Ukrayna qoşunları Rusiya ordusunun öhdəsindən gəlmək iqtidarında deyil.

Publika.az xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Filip Hommand deyib. Ukraynalıların rusları döyüşdə məğlub edə bilməyəcəyini deyən nazirin sözlərinə görə, münaqişə ancaq siyasi yolla həll edilmlidir.

“Bu adam 21-ci əsrdə beynəlxalq sərhədi pozaraq başqa bir ölkəyə qoşun göndərib, həmin ölkənin ərazisini işğal edib və özünü 20-ci əsrin tiranı kimi aparıb. Sivil ölkələr özlərini belə aparmırlar”, - nazir Putin haqqında deyib.

Hammond deyib ki, London Kiyevi silahlandırmağı planlaşdırmır, lakin Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar qoyulmalıdır. O Putinlə aparılan son danışıqları nəzərdə tutaraq bildirib ki, bu, Rusiyanın yeni sanksiyalardan yaxa qurtarmaq üçün son imkanı olacaq.

Britaniyanın xarici işlər naziri deyib ki, düşən neft qiymətlərinin Rusiya iqtisadiyyatı üzərinə “fəlakətli” təsiri nəzərə alınarsa, yeni sanksiyalar Putini öz kursunu dəyişməyə məcbur edəcək.

Cənab Hammond bir daha Rusiyadan ilhaq etdiyi Krımdan çıxmasını tələb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm