Dünya
Ərdoğan təşkil etsə, bu təklifi dəstəkləyəcəyik - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məqsədilə liderlər səviyyəsində üçtərəfli görüşün Türkiyədə keçirilməsini dəstəklədiklərini açıqlayıb.
Publika.az xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Ərdoğanla keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, Ərdoğan belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu deyib.
“Ərdoğan belə bir görüşü təşkil edə bilərsə, onun Türkiyədə keçirilməsi ideyasını dəstəkləyərik. Türkiyə ilə yaxşı münasibətlərimizin olduğunu hər zaman bildirmişik. Belə bir sammitə gəlməyə hazırıq. Əgər faydalı ola bilərsə, sülh gətirə bilər”, - Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin iki ölkə arasındakı Azad Ticarət Sazişinin Ukrayna parlamentində təsdiqləndiyini və qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollardan 10 milyard dollara çatdırılmasının planlaşdırıldığını bildirib.
Görüşdə Qara dənizdə təhlükəsizlik məsələlərinin də müzakirə edildiyi, bunun ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Müəllif: Roza
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj








.jpg)













.jpg)






.jpg)


