Dünyanın ən böyük köçü başlayır
Bizi izləyin

Dünya

Dünyanın ən böyük köçü başlayır

Çində yüz milyonlarla insanın Bahar Bayramını (Çuncie) qeyd etmək üçün işlədikləri rayonlardan öz ata-baba torpaqlarına qayıtması dünyanın ən “böyük köç”ünə səbəb olacaq.

Publika.az xəbər verir ki, Çin ənənəvi ay təqviminə görə 19 fevralda “ilan ili”ni geridə qoyaraq, “qoyun ili”nə qədəm qoyacaq.

Qırx günlük tətil mövsümündə ölkəyə 2 milyard 800 milyon insanın səyahət etməsi gözlənilir. Eyni zamanda hər il ölkədaxili səyahətlərin sayı əvvəlki illə müqayisədə orta hesabla 200 milyon artır.

Ölkədə “böyük köç”də təyyarədən istifadə edənlərin sayında ötən illə müqayisədə 8 faizlik artımın olacağı bildirilir. Qırx günlük tətil müddətində 47,5 milyon adam təyyarədən istifadə edəcək. Təyyarə biletlərinin adi günlərdə olduğundan daha ucuz olması bu nəqliyyat növünü seçənlərin artmasına səbəb olur.

Ancaq əvvəlki kimi qatar çinlilərin “böyük köç”də ən çox istifadə etdiyi nəqliyyat növü olaraq qalır. Çinin ən böyük şəhərlərindən olan 22 milyonluq Şanxayda isə 5 milyon 100 min nəfərin qatarla səyahət etməsi gözlənilir.

Çində rəsmi Bahar Bayramı tətili 18 fevralda başlayacaq və 7 gün davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm