Türkiyədə “paralel dövlət”ə qarşı növbəti əməliyyat - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə “paralel dövlət”ə qarşı növbəti əməliyyat - VİDEO

Türkiyə təhlükəsizlik qüvvələri “paralel dövlət”ə qarşı növbəti əməliyyat həyata keçirib.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Sirt Respublika Baş prokurorluğunun həyata keçirdiyi istintaq çərçivəsində 6 vilayətdə aparılan əməliyyatlarda 12 polis saxlanılıb.

İstintaq şübhəliləri cinayət törətmək məqsədilə təşkilat qurmaq və idarə etməkdə, şəxslər arasındakı ictimai olmayan danışıqları dinləmək, şəxsi həyatın gizliliyini pozmaq və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham edir.

Saxlanılanlar arasında “Zaman” qəzetinin yayım müdiri Əkrəm Dumanlının Sirt Polis Peşə Ali Məktəbinin müdir köməkçisi olan qardaşı Halil Dumanlı da var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm