Separatçıların növbəti hədəfi məlum oldu
Bizi izləyin

Dünya

Separatçıların növbəti hədəfi məlum oldu

Rusiya-terror qoşunları Debaltsevo dəmiryol stansiyasını tamamilə nəzarəti altına alaraq şəhərdə “hərbi komendatura” yaradıb.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində “İnformasiya müqaviməti” qrupunun koordinatoru, hərbi ekspert Dmitri Tımçuk bildirib.

Hərbi ekspertin məlumatına görə, rəqibin avanqard bölmələri Artemovsk istiqamətində irəliləməyə çalışırlar: “Qorlovka qarnizonu” adlanan hərbi birləşmə, Rusiya-terror qoşunlarının taktik qrupu və rota taktik qrupu Artemovsk istiqamətində irəliləməyə başlayıb. Rusiya-terror qoşunları yerli sakinlərlə komplektləşdirilib. Onların böyük hissəsini 16-17 yaşlı vətəndaşlar təşkil edir. Hücumda 10 tank, 6 BBM və 4 qrupa bölünmüş 240 döyüşçü iştirak edir. Məlumatlara görə, Ukrayna artilleriyası vaxtaşırı Rusiya-terror qoşunlarına zərbələr vurur”.

Rəqib həmçinin Debaltsevo ərazisində gedən döyüşlərdə vurulan hərbi texnikanın təxliyyəsinə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm