Dünya
Putinin “B” və “S” planları açıqlandı - QİYAM VƏ MÜHARİBƏ
“Rusiya mart-aprel aylarında Ukraynanın bir sıra böyük şəhərlərində qiyamlar hazırlayır”.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “5 kanal”a müsahibəsində “Pyotr Poroşenkonun Bloku” fraksiyasının lideri Yuri Lusenko deyib.
“Biz artıq 2014-cü ilin avqust ayında, demək olar ki, separatçıları bitirdik. Amma nəhəng ölkənin nizami qoşunları ortaya çıxdı. Bununla belə, Ukrayna ordusu, Milli Qvardiya, könüllülər, dinc sakinlər və partizanların qəhrəmanlığı bu armadanı dayandırdı. İndi “B” planı işə salınır. Putin mart-aprel aylarında Ukraynanın paytaxtı, Xarkov, Odessa və digər böyük şəhərlərdə qiyamlar qaldırmağa çalışacaq”, - Lusenko bildirib.
Onun sözlərinə görə, Putin bunun üçün “Kremlin şüurlu və şüursuz agentləri”ni cəlb edəcək, həmçinin terror aktlarından istifadə olunacaq.
Yuri Lusenkonun fikrincə, vəziyyət ona görə ağırlaşır ki, bu gün Ukraynada çoxlu insan hakimiyyətdən narazıdır. Lusenko qeyd edib ki, Ukrayna hakimiyyəti böyük şəhərlərdə qiyamlarla bağlı təhlükənin qarşısını almağı bacararsa, Rusiya Donbas hövzəsində genişmiqyaslı hərbi kampaniyaya keçəcək: “Biz aprelin sonuna – “S” planına hazır olmalıyıq. Aprelin sonu - mayın əvvəllərində Donbasda genişmiqyaslı hərbi əməliyyatlar yenilənə bilər”.
Ömər Dağlı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO