Dünya
Lisenko: "Ağır silahlar çıxarılır, amma lazım gəlsə, geri qaytarılacaq"
“Ukrayna ordusu ağır silahları cəbhə xəttindən çıxarır, amma qarşı tərəfin də bunu etdiyini görməsək, silahları geri qaytaracağıq”
Publika.az-ın məlumatına görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lisenko fevralın 27-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
“Biz artıq silahlarımızın bir hissəsini çıxarmışıq və proses davam edir. Amma əgər qiyamçılar tərəfindən belə bir hərəkət görməsək, biz öndə qalan uşaqlarımızı qorumaq üçün bu silahları geri qaytaracağıq. Bir daha qeyd edirəm, ağır silahlar çıxarılır, amma silahlı dviziyalarımız öz mövqelərində qalır”, - Lisenko əlavə edib.
Ukrayna ordusu son 24 saat ərzində 3 əsgərinin öldüyünü, 7-nin yaralandığını xəbər verir. Hərbçilər yanvarın 27-də cəbhə xətti və Donetsk hava limanı ətrafındakı kəndlərdə silahlı toqquşmalar olduğunu deyirlər.
Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları geri çəkməli idilər. Hər iki tərəf ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlandığını deyir. Amma bunu ATƏT-in müşahidəçiləri də təsdiqləməlidir.
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi