Dünya
İŞİD-in ən məşhur cəlladının atası: “Yoldaşım oğlumuzu səsindən tanıdı”
İŞİD terror təşkilatının girov götürdüyü insanları öldürən cəllad Məhəmməd Embazinin (“Cihadçı Con”) atası Jasem Abdulkarim danışıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ata oğlunun ölüm xəbərini gözlədiyini deyib.
“Oğlum 2010-cu ildə İngiltərədə özünə uyğun iş tapa bilmədiyi üçün Küveytə qayıtdı. Burada da istədiyi maaşlı iş tapa bilmədi və Türkiyəyə gəldi. Uzun müddət görüşmədik. 2013-cü ildə zəng edərək Suriyada humanitar aksiyalara qatılacağını bildirdi və halallıq istədi. Sonradan isə onu televiziyalardan baş kəsərkən gördük. O gündən onun ölüm xəbərini gözləyirəm'”,- Jasem Addulkarim söyləyib.
“Cihadçı Con”un atası qeyd edib ki, oğlunun səsini amerikalı jurnalist Ceyms Foulinin edamı zamanı eşitsə də, səsini tam olaraq tanıya bilməyib: “Videonu mənim həyat yoldaşım da izləyirdi və birdən qışqırmağa başladı: Bu, mənim oğlumun səsidir, insanları öldürən mənim oğlumdur. Həmin vaxt əmin oldum ki, edamı həyata keçirən oğlumdur”.
Xatırladaq ki, “Cihadçı Con” ləqəbi ilə tanınan İŞİD-çi terrorçunun London sakini olduğu fevralın 26-da açıqlanıb. Britaniya xüsusi xidmət orqanlarının araşdırmasına görə, “Cihadçı Con”un əsl adı Məhəmməd Embazidir.
“Cihadçı Con” ilk dəfə ABŞ-dan olan jurnalist Ceyms Foulinin edamı zamanı diqqət mərkəzinə düşüb. O, sonradan üç britaniyalı və iki yaponun edam videosunda da iştirak edib. 2014-cü ildə isə xüsusi xidmət orqanları “Cihadçı Con” ləqəbli terrorçunun 23 yaşlı Abdel-Məcid Abdel Bari olduğunu zənn ediblər.
BBC-nin məlumatına görə, Britaniya xüsusi xidmət orqanları “Cihadçı Con” təxəllüsünün arxasında kimin gizləndiyini daha əvvəllər də bilib. Amma operativ səbəblərdən bu barədə informasiyanın açıqlanmadığı deyilir.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO