Öcalandan yeni sensasion iddia
Bizi izləyin

Dünya

Öcalandan yeni sensasion iddia

A.Öcalanın sözlərinə görə, İmralıya aparılan gün amerikalı generaldan başqa Avropa İttifaqının xüsusi rəsmisi və Millətçi Hərəkat Partiyasının hazırda həbsxanada olan üzvü Engin Alan da orada imiş.

"İmralı adasına gətirilərkən orada məni ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonun xüsusi məsləhətçisi olan general qarşılamışdı”.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən bildirir ki, bu sensasion iddia ilə hazırda həbsxanada olan PKK lideri Abdulla Öcalan çıxış edib.

A.Öcalanın sözlərinə görə, İmralıya aparılan gün amerikalı generaldan başqa Avropa İttifaqının xüsusi rəsmisi və Millətçi Hərəkat Partiyasının hazırda həbsxanada olan üzvü Engin Alan da orada imiş.

"Engin Alan o dövrdə türk qladiosunun rəsmi rəhbəri hesab olunurdu. Hər üç səlahiyyətli şəxs məni İmralı adasında qarşıladı. Bununla da ABŞ, Avropa İttifaqı və ovaxtkı Türkiyə hakimiyyəti arasındakı gizli danışıqlar ortaya çıxmış oldu. Onsuz da əvvəldən Türkiyə təhlükəsizlik qüvvələrinin məni təkbaşına ələ keçirdiyinə şübhə edirdim. Həmin gün şübhələrimin doğru olduğuna əmin oldum. Türkiyə rəhbərliyi isə üzdə hər şeyi başqa cür göstərirdi” - deyə Abdulla Öcalan iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm