Moskvada Boris Nemtsovla vida mərasimi başlandı – VİDEO
Bizi izləyin

Dünya

Moskvada Boris Nemtsovla vida mərasimi başlandı – VİDEO

Dörd gün əvvəl Moskvada öldürülən Rusiya müxalifətçisi Boris Nemtsovla vida mərasimi başlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçi ilə vida mərasimi Saxarovsk mərkəzinin zallarından birində keçirilir.

Zal Nemtsovun şəkilləri İlə bəzədilib. Tabut yanında mərhumun ailə üzvləri, həmçinin onun anası və uşaqları dayanıb. Mərhumla vidalaşmağa Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç də gəlib.

Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də axşam saatlarında Moskvanın mərkəzində - Böyük Moskva körpüsünün üstündə qətlə yetirilib.

Qətldən əvvəl isə Nemtsov və ukraynalı model Anna Duritskaya univermaqdakı “Bosko-kafe”də görüş təyin ediblər. Onlar məkan bağlanana yaxın - 23:25-də kafedən uzaqlaşıblar. Təxminən 10 dəqiqəyə cinayət baş verən körpüyə çatıblar. Təxminən 23:30-da killer “Makarov”dan Nemtsova 6 atəş açıb. Onlardan dördü müxalif siyasətçinin bədəninə dəyib.

Boris Nemtsov hadisə yerindəcə keçinib. Anna Duritskaya isə heç bir xəsarət almayıb.

Rusiya istintaqçıları hazırda cinayətkarların tapılması üçün islamçı-ekstremizm izi, Ukrayna daxilindəki hadisələr, siyasi təxribat, kommersiya fəaliyyəti və məişət problemləri versiyaları üzərində işləyirlər.

Ömər Dağlı

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm