Erməni nazir biabır oldu: Nalbandyanı İsraildə heç kəs qəbul etmədi
Bizi izləyin

Dünya

Erməni nazir biabır oldu: Nalbandyanı İsraildə heç kəs qəbul etmədi

Ermənistan xarici işlər naziri Edvard Nalbandyanı İsrailə səfəri zamanı ölkə prezidentindən başqa heç bir rəsmi şəxs qəbul etməyib.

APA-nın verdiyi məlumata görə, Ermənistan XİN rəhbərini nə İsrail xarici işlər naziri Aviqdor Liberman, nə də baş nazir Benyamin Netanyahu qəbul edib.

E. Nalbandyanın görüşdüyü İsrail prezideni Reuven Rivlin isə real hakimiyyət səlahiyyətlərinə malik deyil. İsrail parlament respublikası olduğundan bu ölkədə əsas səlahiyyətlər baş nazirin əlində cəmləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm