İraq qoşunları Tikritə hücumu dayandırıb
Bizi izləyin

Dünya

İraq qoşunları Tikritə hücumu dayandırıb

Son iki gündə İD-in nəzarətində olan Tikrit şəhəri üzərinə hücum səngiyib.

Publika.az xəbər verir ki, bu barədə İraq Ordusu məlumat yayıb. Məlumata görə, şəhər üzərinə hücumu iki həftə əvvəl başlamış hökumət qoşunları və şiə könüllüləri ehtiyat dəstək qüvvələrinin gətirilməsini gözləyirlər.

Ötən cümə gününədək şəhər ətrafında küçə döyüşləri gedirdi. Küçələrin minalanması və snayperlər hücum əməliyyatını ciddi şəkildə əngəlləyir. Polkovnik Mohammed Abid al-Jubouri Reuters agentliyinə bildirib ki, bazar günü heç bir tərəfdən hücum əməliyyatı aparılmayıb. Hazırda İD şəhərin yalnız yarısına tam nəzarət edir. Tikritin mülki əhalisi şəhəri xeyli əvvəl tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm