Dünya
Separatçılardan Kiyevə ultimatum – Müharibə ehtimalı güclənir
“Donetsk Xalq Respublikası” separatçı qurumun “dövlət başçısı" Aleksandr Zaxarçenko və onun “Luqansk Xalq Respublikası”ndan olan “həmkarı” İqor Plotnitski Kiyevə ultimatum verib.
Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, separatçı qurumların rəhbərləri Kiyevə heç bir güzəştin olmayacağını bildiriblər.
Qeyd edək ki, dünən Ukrayna Ali Radası Donbas hövzəsinin bəzi rayonlarının xüsusi statusu haqqında qanuna dəyişiklikləri dəstəkləyib. Qanuna təklif edilən dəyişiklikləri 265 deputat dəstəkləyib. Qanunun özü ötən ilin sentyabrın 16-da qüvvəyə minib. Dəyişikliklər yerli hakimiyyət orqanlarına seçki qaydalarını müəyyənləşdirir. Bundan başqa, deputatlar xüsusi status haqqında qanunun şamil edildiyi yaşayış məntəqələrinin siyahısını müəyyənləşdirən qərarı da dəstəkləyib. Seçkilər keçirilənədək həmin yaşayış məntəqələri işğal olunmuş ərazi kimi tanınacaq.
Aleksandr Zaxarçenko və İqor Plotnitski qəbul etdiyi birgə bəyanatda Donbasın xüsusi statusu haqqında qanuna edilən dəyişikliklərin Minsk sazişinə zidd olduğunu bildiriblər.
“Kiyev kövrək Minsk razılaşmasını tapdaladı və vəziyyəti dalana gətirib çıxardı. DXR və LXR bildirir ki, Ukrayna prezidenti və Ali Rada dünənki biabırçı qərarları ləğv edənədək Kiyevə hər hansı güzəşt qeyri-mümkündür”, - bəyanatda deyilir.
Bundan başqa, separatçıların liderləri Kiyevi ittiham edirlər ki, xüsusi status haqqında qanun “DXR” və “LXR”lə uyğunlaşdırılmayıb. Bəyanatda qeyd olunub ki, Kiyev Minskdə əldə olunan sülh planının bütün məntiqini pozur: “Bu, Minsk razılaşmasından çıxmaq üçün növbəti cəhddir”.
Ömər Dağlı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO