Əkiz uşaqlarını İŞİD-ə göndərirdilər
Bizi izləyin

Dünya

Əkiz uşaqlarını İŞİD-ə göndərirdilər

İspaniya təhlükəsizlik gücləri əkiz uşaqlarını İŞİD terror təşkilatına qatılması üçün Suriyaya göndərməyə çalışan mərakeşli ailəni nəzarətə götürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi Badalona şəhərində yaşayan mərakeşli ana və atanın 16 yaşındakı uşaqlarını Türkiyəyə, oradan da Suriyaya göndərməyi planlaşdırdığını açıqlayıb.

İspaniya təhlükəsizlik gücləri ailənin İŞİD terror təşkilatı ilə Mərakeşdə əlaqə yaratdığını müəyyənləşdirib. İspaniya Daxili İşlər Nazirliyi əkizlərin böyük qardaşı olan Yassin Atanjinin 2014-cü ildə Suriyada “Hərəkatı Şam” təşkilatının sıralarında öldüyünü bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm