İŞİD-in yardımına 5 batalyon gəldi - SİYAHI
Bizi izləyin

Dünya

İŞİD-in yardımına 5 batalyon gəldi - SİYAHI

İŞİD terror təşkilatı müxtəlif ölkələrdən gələn minlərlə döyüşçünü Mosula qarşı həyata keçiriləcək mümkün hərbi əməliyyatlara cavab vermək üçün hazırlayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İŞİD-in sözçüsü Əbu Saad Əl-Ənsari bildirib.

O, dünyanın müxtəlif ölkələrindən İŞİD-ə qoşulmaq üçün yola çıxan minlərlə döyüşçünün Mosula çatdığını ifadə edib. Eyni zamanda İŞİD-in Mosul imamı olan Əl-Ənsari cümə xütbəsində “kafirlər və fars gücləri"nin hücumlarına cavab vermək üçün Mosula dünyanın müxtəlif ölkələrindən 5 batalyon gəldiyini deyib.

Əl-Ənsarinin sözlərinə görə, bunlar Liviyadan Ömər bin Xəttab, Suriyadan Əbu Yasin, Filippindən Əl-Muttasim Billah, Sudandan Əl-Nasır və Misirdən Əl-Haris batalyonları olduğunu söyləyib.

Təşkilatın Tikritdəki məğlubiyyətinə toxunan Əl-Ənsari geri çəkilmənin planlı şəkildə edildiyini və orada döyüşmədiklərini iddia edib.

Qeyd edək ki, İŞİD Ninova vilayətinin inzibati mərkəzi olan Mosul şəhərini ötən ilin yay aylarından nəzarətdə saxlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm