Dünya
Papa Türkiyəyə cavab verdi
Roma Papası Fransisk Ankaranın göstərdiyi sərt reaksiyaya münasibət bildirib.
Axar.az xəbər verir ki, katoliklərin ruhani lideri "Gördüklərimiz və eşitdiklərimizə qarşı səssiz qala bilmərik” cavabını səsləndirib. Türkiyənin Vatikandakı səfirini geri çağırdıqdan sonra “Deutsche Welle”yə açıqlama verən Vatikan rəhbəri "hadisələri adıyla çağırmaq lazım olduğunu" bildirib.
Bu arada Türkiyəyə ikinci zərbə İtaliyanın Xarici İşlər naziri Paolo Gentilonidən gəlib. İspaniyanın Barselona şəhərində qatıldığı bir yığıncaqdan sonra jurnalistlərə açıqlama verən nazir ruhani liderin haqlı qərar verdiyini deyib:
“15 il əvvəl Papa II İohann Pavelin də bənzər ifadələrini hesaba
alırsınızsa, türklərin sərt açıqlamaları haqlı görünmür. İtaliya
hər zaman 100 il əvvəl şiddətə məruz qalan və acı çəkən erməni
xalqı və hökumətinə qarşı həmrəyliyini ifadə edib. “Soyqırım” ilə
əlaqədar olaraq isə hər zaman İtalyanın dostları olan Ermənistan və
Türkiyəni daha az gərginliyi olan mövzularda bu vəziyyətin maneə
təşkil etməməsi üçün dialoqa dəvət edirik”.
Xatırladaq ki, ötən gün Roma Papası “20-ci əsrin ilk soyqırımına
ermənilər məruz qalıb” deyə münasibət bildirməklə, 1915-ci ilə aid
qondarma erməni soyqırımını tanımışdı.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq