Avropa Parlamenti: “Yüz il əvvəlki Türkiyəni cəzalandırırıq”
Bizi izləyin

Dünya

Avropa Parlamenti: “Yüz il əvvəlki Türkiyəni cəzalandırırıq”

1915-ci il hadisələri ilə bağlı erməni iddiaları sabah Avropa Parlamentində səsverməyə çıxarılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin (AP) prezidentinin köməkçisi Antonio Tajani səsvermə ilə bağlı danışaraq indiki deyil, 100 il əvvəlki Türkiyənin cəzalandırıldığını deyib.

“Türklərə də eyni şey edilsəydi, onlar üçün də eynisini edərdik. Türkiyə erməni soyqırımını qəbul etməklə əhəmiyyətini itirməz”, - Antonio Tajani söyləyib.

Bir neçə gün əvvəl isə Ankara Avropa Parlamentinə xəbərdarlıq edib. Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tanju Bilgiç bu məsələdə parlamentlərin qərar verməsinin doğru olmadığının Avropa Parlamentinə çatdırıldığını deyib. “Fikirlərimizi detallı şəkildə qarşı tərəfin diqqətinə çatdırmışıq. Bu mövzuda parlamentlərin qərar verməsinin doğru olmadığını, bu mövzuda tarixçilərin qərar verməsinin lazım olduğunu bildirmişik”, - Türkiyə XİN-in sözçüsü bildirib.

Tanju Bilgiç 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını parlamentdə səsverməyə çıxaracaq Hollandiyaya da eyni şəkildə xəbərdarlıq olunduğunu əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm