Dünya
Obama polis zorakılığına görə ittiham olundu – FOTOLAR
Ötən gün ABŞ-da polis zorakılığına qarşı Nyu-Yorkdan Vaşinqtona qədər keçirilən etiraz yürüşündə 60 nəfərə yaxın etirazçı saxlanılıb.
Publika.az-ın Amerika mediasına istinadən verdiyi məlumata görə, bu səbəbdən də etirazçılar aksiyaları digər şəhərlərə də davam etdirməyə qərar veriblər.
Qaradərili olan elm xadimi Cornel West isə Nyu-Yorkun “Union Square” meydanında çıxışı zamanı bildirib ki, etiraz yürüşünə ABŞ polisi müxtəlif əngəllər yaradır. “Bəzi qaradərili adamların ABŞ-da yüksək vəzifə tutmasına o qədər də ümid bağlamayın. Çünki ABŞ prezidentinin, ədliyyə nazirinin və daxili təhlükəsizlik nazirinin qaradərili olmasına baxmayaraq, indiyədək bir nəfər belə günahkar polis həbs edilməyib. Ona görə də biz mübarizəmizi davam etdirməliyik”.
Xatırladaq ki, ötən gün ABŞ-da polis zorakılığına qarşı Nyu-Yorkdan Vaşinqtona qədər etiraz yürüşü başlayıb.
100 nəfərlik qrup Nyu-Yorkdan Vaşinqtona qədər 402 kilometrlik yolu 9 günə qət etmək üçün yürüşə başlayıb. Yürüş qaradərili Erik Qarnerin polis tərəfindən öldürüldüyü “Staten İsland” bölgəsindən başlayıb.
Qaradərilinin öldürülməsindən sonra ABŞ-da “Nəfəs ala bilmirəm” şüarı məşhurlaşıb. Yürüşçülər də həmin şüarların yazıldığı köynəkləri geyiniblər.
Nyu-Yorkda yerləşən “Ədalət Liqası” adlı təşkilat tərəfindən təşkil olunan yürüşə şəhər məclisinin üzvü Jumanne Vilyams da qatılıb.
Vasif Həsənli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu