Dünya
AP-nin prezidenti Əhməd Davudoğluna zəng etdi
Avropa Parlamentinin prezidenti Martin Şultsla Türkiyənin baş naziri Əhməd Davudoğlu arasında telefon danışığı olub.
Publika.az-ın məlumatına görə, Şults Əhməd Davudoğluna zəng edərək AP-nin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi tövsiyə qərarından təəssüfləndiyini bildirib. O, qərar qəbul edilərkən iclasda olmadığını və Türkiyənin reaksiyasını başa düşdüyünü bildirib.
Əhməd Davudoğlu qərarın Türkiyə tərəfindən rədd edildiyini, eyni zamanda bunun Türkiyə - Avropa Birliyi əlaqələrinə xələl gətirdiyini, o cümlədən İrəvan - Ankara münasibətlərini daha da gərginləşdirdiyini vurğulayıb. O deyib ki, Avropa və ortaqlarının indiki iqtisadi böhran dönəmində Türkiyəyə daha çox ehtiyacı var. Amma belə məsuliyyətsiz qərarların qəbulu münasibətləri korlaya bilər.
Baş nazir deyib ki, Türkiyə 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılmasını təklif edir və bu istiqamətdə Ermənistanla dialoqa hazır olduğunu dəfələrlə bəyan edib.
-
İdman13:41
Martda Bakıda olan sarışın gözəli sevgilisinə necə uğur gətirdi? - FOTOLAR
-
Region12:17
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək
-
Region11:38
Dairə daraldı: Rəisinin varisinin kim olacağı açıqlandı
-
Nida Xəbər 11:06
Bakıda İran bayrağı endirildi - Foto
-
İdman10:11
Dünyanın ən seksual idmançısı açıq geyimi ilə pərəstişkarlarını heyran etdi - FOTOLAR
-
Region09:54
Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır - VİDEO
-
Elm və təhsil09:12
Abituriyentlərin nəzərinə: Hər iki altqrupu seçənlər...
-
Region09:00
İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...