Müxalifət Yanukoviçlə saziş imzalayacaq
Bizi izləyin

Dünya

Müxalifət Yanukoviçlə saziş imzalayacaq

Müxalif UDAR partiyasının lideri Vitali Kliçko bəyan edib ki, müxalifət Maydandakı fəallarla əlavə məsləhətləşmələr apardıqdan sonra Ukraynada böhranın nizamlanması haqqında sazişi imzalamağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti Almaniyanın "Bild" qəzetinə istinadən xəbər verir.

V. Kliçko qeyd edib: "Biz böhranın sülh yolu ilə nizamlanması üçün hər şey etməyə hazırıq. Mən bu barədə qərarı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerə bildirmişəm".

Bu arada Almaniya XİN "Twitter" səhifəsində Maydandakı etirazçıların Ukrayna hökuməti ilə sazişin imzalanmasına razı olduqları barədə məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm