Dünya
Rusiyalı milyarderin arvadını Kiprdə həbs elədilər
Rusiyanın ən varlı adamlarından biri olan Dmitri Rıbolovlevin keçmiş həyat yoldaşı Yelena Kiprdə saxlanılıb. Milli.Az Forbes-a istinadən bildirir ki, artıq keçmiş xanımının həbsi ilə bağlı milyarder məlumatlandırılıb.
Rıbolovlevin rəsmi nümayəndəsi
Sergey Çernıkin deyib
ki, xəbəri təəssüflə qarşılayıblar, lakin xərclərin idarə olunması
bütün dünyada vacibdir.
"Təəssüf ki, onunla xanımı arasında xərclər
məsələsi bu həddə çatdı".
Rəsmi nümayəndənin sözlərinə görə, onların
boşanmasından sonra heç bir münaqişə olmasın deyə Yelenaya 1milyard
dollar təklif olunur. İlk əvvəl o razılaşmışdı, sonradan isə daha
çox vəsait almaq üçün müqaviləni pozub.
Kipr polisi isə Yelenanı 25 milyon dollar
dəyərində üzüyü oğurlamaqda günahkar bilir. Həmin üzüyü 2009-cu
ildə qızı üçün kirayə götürmüşdü, lakin geri qaytarmamışdı. Bu
barədə polisə şikayəti "Bolton Trustees Limited"
etmişdi.
Qeyd edək ki, Yelena və Dmitri Rıbolovlevlər
1987-ci ildə ailə qurmuşdular. Onlar 2008-ci ildə boşanma ilə bağlı
Cenevrə məhkəməsinə müraciət etmişdilər. Yelenada dəri zöhrəvi
xəstəlik aşkarlandığı üçün Dmitri onu xəyanətdə ittiham
edirdi.
Yelena dünyanın müxtəlif ölkələrindəki məhkəmələrə
müraciət edərək ərinin həmin ölkə ərazisindəki mülklərinin
dondurulmasını tələb etmişdi. Sinqapur, Kipr və Britaniyanın Virgin
adalarının məhkəmələri əmlakın dondurulması ilə bağlı qərar
versələr də, sonradan həmin qərarları ləğv etmişdilər.
Qeyd edək ki, Forbes-un məlumatına görə,
Rıbolovlevin varidatı 9,1 milyard dollar təşkil edir.
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO