Dünya
Yeni baş nazir kimdir? -Siyasi-portret
Ukraynada keçid hökumətinin baş naziri təyin edilmiş müxalifət
lideri Arseni Yatsenyuk bundan öncə ölkənin xarici işlər naziri
vəzifəsini tutub. O, Qərb tərəfdarı olan siyasətçi Yuliya
Timoşenkonun yaxın müttəfiqidir.
Publika .Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Ukrayna
müxalifətinin aparıcı üç liderindən biri olan Arseni Yatsenyuk yeni
hökumətin müflis olmaq həddinə çatmış iqtisadiyyatı sabitləşdirmək
üçün olduqca qeyri-populyar addımlar atmağa hazırlaşdığı ilə bağlı
xəbərdarlıq edib. “Biz fəlakət həddindədiyik və bu, siyasi
intiharçılar hökumətidir. Cəhənnəmə xoş gəlmişsiniz”- deyə o, BBC
radiosuna müsahibəsində deyib.
39 yaşlı Arseni Yatsenyuk Ukraynanın qərbində yerləşən Çernovtsı
şəhərində ziyalı ailəsində anadan olub. O, son 10 ildə Ukrayna
Milli Bankının başçısı vəzifəsini yerinə yetirib. Yatsenyuk 2007-ci
ildə prezident Viktor Yuşşenko dövrü qanunvericilər tərəfindən
parlamentin spikeri seçilib, lakin bir ildən az müddətdən sonra
paytaxtda siyasi çəkişmələr zamanı istefa verib.
Keçən ay müxalifət qüvvələri Kiyevdə etiraz nümayişləri keçirən
zaman Rusiya tərəfdarı prezident Viktor Yanukoviç “Batkovşina”
partiyasının lideri olan Yatsenyuku öz tərəfinə çəkməyə cəhd
göstərmişdi. Viktor Yanukoviç ona baş nazir vəzifəsi təklif etmiş,
lakin Yatsenyuk imtina edərək, ölkənin gələcəyini hökumət
rəsmilərinin deyil, Ukrayna xalqının müəyyən etməli olduğunu
demişdi.
Təhlilçilər mayın 25-ə təyin olunmuş seçkilərdən sonra müvəqqəti
hökumətin tərkibinin ciddi şəkildə dəyişə biləcəyini deyirlər, buna
görə də Arseni Yatsenuykun siyasi gələcəyi qeyri-müyyəndir.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO